- Hindistanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın olub, 8 nəfər ölüb
- Beyrutdakı partlayışda ölən ermənilərin sayı artıb
- İsrail ordusu Colan yüksəkliklərinə mərmi atıb, 4 nəfər ölüb
- Noyabrda neçə gün iş olmayacaq?
- Xəzər dənizində zəlzələ olub
- Bakını duman bürüdü
- Diqqət! Bu yol bağlandı
- Ağ Ev istəyir ki, Qarabağ belə həll olsun
- Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb
- İlham Əliyev MM-də təntənəli iclasda
- Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib

Baxış sayı: 374
Perseverance aparatı Mars səthinin ilk rəngli fotolarını göndərib

Mars səthinə uğurlu eniş edəndən sonra NASA-nın Perseverance adlı aparatı ətraf mühitin fotolarını çəkməyə başlayıb. Yer kürəsinə göndərilmiş ilk ağ-qara fotodan sonra aparat bir neçə rəngli fotonu da göndərib. İlk fotoda Perseverance aparatının eniş prosesinin yekunlaşma anı əks edilib. Həmin foto eniş modulunun kamerası vasitəsilə göydə çəkilib. Fotodan da görmək olar ki, eniş zamanı Perseverance aparatı tros vasitəsilə eniş moduluna bərkidilib. Həmçinin fotoda planetin tozlu səthini də görmək mümkündür.

İkinci foto eniş prosesinin yekunlaşmasından sonra aparatın 23 kamerasından biri vasitəsilə çəkilib. Səhra şəklində olan mənzərədən əlavə olaraq toz dumanını görmək olar. Üçüncü fotoda isə Maars süxurunu aydın şəkildə görmək mümkündür. Təəssüflər olsun ki, üçüncü fotonun böyük hissəsi aparatın təkəri əhatə edir. Qeyd etmək lazımdır ki, Perseverance aparatının əsas missiyası Mars planetinin səthində potensial həyat növünün izlərini aşkar etməkdir. Aparat həmçinin planetin iqlimini müşahidə edəcək və süxurların nümunələrini yığacaq. Həmin nümunələrin daha sonra Yer kürəsinə tədqiqatlar üçün çatdırılması planlaşdırılır. NASA mühəndislərinin hesablamalarına əsasən Perseverance aparatının xidmət müddəti 1 Mars ili (687 gün) təşkil etməlidir.

Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər