- Hindistanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın olub, 8 nəfər ölüb
- Beyrutdakı partlayışda ölən ermənilərin sayı artıb
- İsrail ordusu Colan yüksəkliklərinə mərmi atıb, 4 nəfər ölüb
- Noyabrda neçə gün iş olmayacaq?
- Xəzər dənizində zəlzələ olub
- Bakını duman bürüdü
- Diqqət! Bu yol bağlandı
- Ağ Ev istəyir ki, Qarabağ belə həll olsun
- Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb
- İlham Əliyev MM-də təntənəli iclasda
- Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə hərbi parad keçirilib

Baxış sayı: 357
ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ili ilə həsr olunan sərgi açılıb
ABŞ-ın Yuta ştatında Xocalı faciəsinin 29-cu ili ilə həsr olunan sərgi açılıb.

Komitənin dəstəyi və Yuta-Azərbaycan İcmasının nümayəndəsi Faiq Səfərlinin təşkilatçılığı ilə Solt Leyk Siti (Salt Lake City) şəhərinin mərkəzində – Kapitol binası qarşısında Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar açıq havada sərgi keçirilib.
Sərgidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının vasitəsilə Azərbaycanın Xocalı şəhərini işğal edərkən dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsini əks etdirən məlumatlar və fotoşəkillər nümayiş etdirilib. Qəddarcasına həyata keçirilən hərbi cinayət zamanı 613 nəfər (106 qadın, 63 uşaq, 70 qoca) azərbaycanlının qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin bu günədək məlum olmadığı nəzərə çatdırılıb.
Sərgi ərazidən keçən yerli sakinlərin diqqətini cəlb edib. Onlar fotoşəkillərə baxaraq Xocalı faciəsi barədə ətraflı məlumat alıblar. Sərgi ilə maraqlananlar arasında Yuta ştatının qubernatoru Spenser Koks da olub. O, soydaşlarımıza bildirib ki, Minnesota ştatının qubernatoru Tim Ceyms Uolzun 26 fevral tarixinin Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyannamə imzalamasından xəbərdardır.
Sərginin fevralın 26-dək Solt-Leyk-Siti şəhərinin müxtəlif yerlərində nümayiş etdirilməsi nəzərdə tutulur.

Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər